Şirkətimiz

Haqqımızda

15 ildən artıqdır ki, uğurla fəaliyyət göstərən şirkətimiz həm yerli, həm də xarici tərəfdaşların etimadını qazanmış və etibarlı tərəfdaş imicinin formalaşmasına nail olmuşdur. 

Alibi Hüquq Şirkəti fəaliyyəti dövründə İtaliya, Almaniya, Macarıstan, Çin, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Norveç, Belçika, Niderland, Portuqaliya, Polşa, Şotlandiya, Özbəkistan, Misir, Qazaxıstan, Ukrayna, Kipr, Gürcüstan və Belarus kimi ölkələrdən olan müştərilərə geniş çeşiddə hüquq  xidmətləri göstərmişdir.  

Uzun illərdir ki, topladığımız təcrübə bizə hərtərəfli hüquqi dəstək göstərməyə və ən mürəkkəb hüquqi məsələlərdə müştərilərimizin maraqlarını effektiv müdafiə etməyə imkan verir.

Şirkətimiz geniş çeşiddə hüquqi xidmətlər göstərərək müştərilərə korporativ və kommersiya hüququ, antiinhisar tənzimləməsi, əmək hüququ, əqli mülkiyyət və beynəlxalq mübahisələrin həlli sahələrində qarşılıqlı əlaqəli məsələlər üzrə məsləhət vermək imkanına malikdir.

Kommersiya və korporativ hüquq sahəsində 20 illik təcrübəyə malik vəkilin rəhbərlik etdiyi Alibi Hüquq Şirkəti, fəaliyyətində peşəkarlığı, çevikliyi, əlçatanlığı və etibarlı tərəfdaşlıq prinsiplərini rəhbər tutur. 

Hüquqşünaslarımız ölkəmizin məşhur ali təhsil müəssisələrində, o cümlədən xarici universitetlərdə təhsil almış və ölkəmizin aparıcı şirkətlərində təcrübə qazanmış peşəkarlardır.

Müştərilərimizin problemlərinin həllinə kompleks yanaşma, qanunvericiliyi dərindən bilmək, Azərbaycan biznes təcrübələrini və müştərilərimizin fəaliyyət xüsusiyyətlərini anlamaq — bütün bunlar bizə ən yüksək keyfiyyət standartlarına cavab verən xidmətlər göstərməyə və yüksək nəticələrə nail olmağa imkan verir.

Azərbaycan, ingilis, alman, italyan, türk və rus dilləri işlək dillərimizdir. Peşəkar vəkil yardımından yararlanmaq istəyirsinizsə bizimlə əlaqə saxlamağa tələsin. 

15

İl

15 ildən artıq hüquq təcrübəsi ərzində Şirkətimiz müştərilərimizə dəyər gətirən biliklərini və sağlam düşüncə tərzini inkişaf etdirib. Belə bir gələcəyə gedən yol ən böyük qələbənin mübahisənin baş verməzdən əvvəl qarşısını almaq olduğunu anlamaqdan keçir.

meet our team

Çalışqanlıq və Məqsədyönlülük

Kifayət qədər çalışqan və məqsədyönlü olmasaq müştərilərimizin uğurlarına önəm verə bilmərik. Onlarla sıx əməkdaşlıq etməyimiz bizə onların ehtiyaclarını anlamaq və məqsədlərinə çatmaq imkanı verir. Peşəkarlıq və etika etdiyimiz hər bir şeyin mərkəzində durur.

ƏLAQƏ