Fəaliyyət sahələrimiz

Məhkəmə mübahisələri

Məhkəmə proseslərində iştirak edərkən, maddi və prosessual hüquq normalarını dərindən bilən və müştəriləri məhkəmədə təmsil etməkdə geniş təcrübəyə malik mütəxəssisləri cəlb etmək vacibdir. Alibi Hüquq Şirkəti Bakı şəhərində və ölkənin digər bölgələrində sizi bütün məhkəmə instansiyalarında layiqincə təmsil edə bilər.  

  • daşınmaz əmlak mübahisələri
  • korporativ mübahisələr, eləcə də iştirakçıların hüquqlarının qorunması və idarəetmə orqanlarının qərarlarının mübahisələndirilməsi sahəsində işlər 
  • işəgötürənin maraqlarının və ya işçi hüquqlarının qorunması da daxil olmaqla əmək mübahisələri
  • müxtəlif kommersiya mübahisələri
  • əqli mülkiyyətlə bağlı mübahisələr
  • istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr
  • vergi və digər növ inzibati mübahisələr
  • sığorta şirkətləri ilə mübahisələr
  • gömrük mübahisələri

Məhkəmə mübahisələri sahəsində göstərilən xidmətlərin əhatə dairəsi müştərinin ehtiyaclarından asılı olaraq dəyişir. Məsələn, vəkillərimiz müəyyən bir mübahisənin həlli ilə bağlı məsləhətlər verə, prosessual sənədlərin (iddia ərizələri, ərizələr və s.) hazırlanmasında, sübutların toplanmasında kömək edə və ya məhkəmə iclaslarında iştirakdan tutmuş  məhkəmə qərarlarının icrası mərhələsinədək  müştərinin maraqlarının hərtərəfli təmsil edilməsini təmin edə bilərlər. 

Vəkillərimizin ixtisaslaşması və təcrübəsi müştərilərimizin maraqlarını məhkəmə prosesinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəmələrində, apellyasiya instansiyası məhkəmələrində və kassasiya məhkəməsində effektiv şəkildə qorumağa imkan verir.

Bizim üstünlüklərimizə həmçinin aşağıdakılar daxildir:

  • Xidmətlərin göstərilməsinə individual və kompleks yanaşma
  • Hər bir işin xüsusiyyətlərindən asılı olaraq  xidmət haqqının hesablanması
  • Müştərilərlə onların rahatlığı ilə işləmək
  • Müştərinin xidmətlərin əhatə dairəsini müstəqil şəkildə müəyyən etmək imkanı
  • Rəsmi prosedurlara və son tarixlərə ciddi riayət etmək və mübahisələri müştərinin xeyrinə istifadə etmək bacarığı

a rich & Established practice history

More Than 15 Years of Experience