Haqqımızda

Baxışların sayı - 11869

Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri MMC 24 sentyabr 2010-cu il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamış və əsasən korporativ və vergi hüququ, daşınmaz əmlak və beynəlxalq ticarət sahələrində ixtisaslaşmışdır.

5 ildən artıqdır ki, uğurla fəaliyyətini davam etdirən şirkətimiz həm yerli həm xarici tərəfdaşların etimadını layıqincə doğruldaraq etibarlı partnyor imicinin formalaşmasına nail olmuşdur.

Şirkətimizdə Azərbaycanın və xarici ölkələrin aparıcı təhsil müəssisələrində təhsil almış və bir çox yerli və beynəlxalq səviyyəli şirkətlərdə böyük təcrübə əldə etmiş peşəkar hüquqşünaslar fəaliyyət göstərir.

Azərbaycan, rus, ingilis, italyan və türk dilləri Şirkətimizin işlək dilləridir. Şirkətimizin əməkdaşları sadalanan dillərdə konsultasiya, yazışma, danışıqların aparılması və sənədlərin hazırlanması üçün zəruri olan bacarıq və səriştəyə malikdirlər.

Hüquq xidmətlərinin xüsusiyyətlərinə diqqət yetirdikdə aydın olur ki, müştərilər keyfiyyətli xidmətlə yanaşı münasib qiymətə, operativliyə, peşəkarlığa, adi hüquq məsləhəti ilə kifayətlənməyən mütəxəssis yanaşmasına, etirbarlı biznes partnyoru olmağa və bu kimi digər faktorlara olduqca böyük önəm verirlər. Fəaliyyətimizdə məhz bu prinsiplərə riayət etməyimiz bizi digər Şirkətlərdən əhəmiyyətli dərəcədə fərqləndirir!

Generasiya: 1719751681.093 san. və 19 verilənlər bazasına müraciət 0.008 san.