Korporativ mübahisələr

Baxışların sayı - 4221

Şirkətin idarə olunması, həmçinin şirkətin əmlakı ilə bağlı məsələlər adətən korporativ hesab olunan mübahisəyə gətirib çıxara bilər.

Korporativ mübahisələrə aşağıdakılar aiddir:

  • Şirkətin nizamnamə kapitalındakı səhm və paylara mülkiyyət hüquqları ilə bağlı mübahisələr;
  • Təşkilatın təsis sənədlərində edilmiş dəyişikliklərlə bağlı mübahisələr;
  • Şirkətin təsis edilməsi, ləğv edilməsi və yenidən təşkil edilməsi ilə bağlı mübahisələr;
  • İştirakçıların və təsisçilərin hüquqi şəxsə dəymiş zərərin əvəzinin tələb edilməsi ilə bağlı mübahisələr;
  • Hüquqi şəxsin əqdlərinin etibarsız hesab edilməsi ilə bağlı mübahisələr;
  • Rəhbər orqanların təyin edilməsi, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mübahisələr;
  • Qiymətli kağız sahiblərinin reyestr saxlayanın fəaliyyəti ilə bağlı mübahisələr;
  • Qiymətli kağızların emissiyası, emissiya prosesi zamanı bağlanılmıış əqdlərin mübahisələndirilməsi ilə bağlı mübahisələr.

Korporativ hüquq sahəsində biz aşağıdakı xidmətləri təklif edirik:

  • Əmlak mübahisələrin qarşısının alınması məqsədilə şirkətin təsis sənədlərinin təhlili və təkmilləşdirilməsi;
  • Məhkəməyə müraciət edilməsi üçün zəruri sənədlərin hazırlanması və toplanılması;
  • Prosesin istənilən mərhələsində məhkəmədə nümayəndəliyin həyata keçirilməsi;
  • Məhkəmə aktların icrasının gedişatında nəzarətin həyata keçirilməsi;
  • Korporativ mübahisələrdə şirkətin davranış strategiyasının hazırlanması;
  • Mübahisə tərəfinin iddia tələbinin hüquqi analizinin həyata keçirilməsi;
  • Mübahisənin həlli ilə bağlı perspektivlərin müəyyən edilməsi;
  • İşlə əlaqədar sübutların toplanılması.
Generasiya: 1719753705.977 san. və 27 verilənlər bazasına müraciət 0.01 san.