Müqavilələrin hazırlanması

Baxışların sayı - 9597

Düzgün hazırlanmış müqavilə tərəflər arasında yarana biləcək anlaşılmamazlıqların və zərərlərin qarşısını alır.  Müqavilə elə tərtib edilməlidir ki, onu oxuyan hər kəs eyni cür başa düşsün. Bütün şərtlər, xüsusilə də səlahiyyət, öhdəlik və icra müddəti ilə bağlı məsələlər xüsusilə diqqətlə nəzərdən keçirilməlidir.

Müqavilələr bir neçə növə bölünür:

  • Birdəfəlik müqavilələr -  hər hansı bir birdəfəlik işlə bağlı hazırlanır;
  • Qarışıq müqavilələr - müxtəlif növ müqavilələri tərkibində birləşdirir;
  • Standart müqavilə -  fəaliyyətin əsas istiqamətləri üzrə bir neçə dəfə tətbiq oluna bilər.

Biz müqavilələrin aşağıdakı növlərini hazırlayırıq:

  • Alqı-satqı müqavilələri;
  • Bağışlanma müqavilələri;
  • İcarə müqavilələri;
  • Podrat müqavilələri;
  • Vasitəçilik fəaliyyəti üzrə müqavilələr (məsələn, məhsulun satışı, distribyutor müqavilələri)
  • Ortaqlıq müqavilələri;
  • Xidmətlərin göstərilməsi barədə müqavilələr;
  • Kredit müqavilələri;
  • Nəqliyyat müqavilələri;
  • Sığorta müqavilələri;
  • Və sair.

Bizim fəaliyyətimiz:

1.Hüquqşünaslarımız qanunun tələblərinə cavab verən və Sizin maraqlarınıza uyğun olan müqavilənin növünü müəyyən etməyə kömək edəcəklər.

2. Əqdin əsas şərtlərini, mümkün riskləri və onların azaldılmasın və ya aradan qaldırılmasının vasitələrini müəyyən edəcəyik.

3.Müqavilənin ayrı-ayrı şərtlərini və onların təfsilatını müəyyən edəcəyik.

4.Müqavilənin hazırlanması üçün lazımi sənədlərin (aktlar, əlavələr və s.) siyahısını və tərkibini müəyyən edəcəyik.

Generasiya: 1719753669.111 san. və 28 verilənlər bazasına müraciət 0.011 san.