Hüquqi audit

Baxışların sayı - 3956

Hüquqi audit şirkətin fəaliyyətinin ayrı – ayrı istiqamətlərinin, əqdlərin, təsis sənədlərinin, daxili normativ sənədlərinin qüvvədə olan qanunvericiliyə uyğunluğu baxımından hüquqi təhlilini nəzərdə tutur.

Hüquqi audit potensial təhlükənin və aşağıdakı hallarla nəticələnə biləcək və şirkətə dəyə biləcək ziyanın aşkar olunması məqsədini daşıyır.

  • Vergi orqanları tərəfindən iddiaların irəli sürülməsi;
  • Müqavilə tərəflərinin öz öhdəliklərini icra etməməsi;
  • Şirkət və ya onun məsul şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi;
  • Şirkətlər tərəfindən mülki – hüquqi öhdəliklərin yetirilməməsinə görə sanksiyaların tətbiqi;

Biz hüquqi auditin aşağıdakı növlərini həyata keçiririk;

  • Şirkətin fəaliyyətinin ümumi kompleks auditi;
  • Şirkətin fəaliyyətinin müəyyən sahələrinin hüquqi auditi;
  • Xüsusi mürəkkəb əqdlərin hüquqi auditi;
  • Şirkətin rəhbər şəxslərinə qarşı ittihamların irəli sürülməsinin hüquqi auditi;
  • Əmək, mülki – hüquqi və ya inzibati münaqişənin hüquqi auditi.

Hüquqi audit xidmətinin göstərilməsinin əsas mərhələləri;

1.Hüquqşünaslar ilkin konsultasiyanı aparırlar və müştərilərlə birlikdə problemi təhlil edirlər;

2.Problemin mürəkkəblilik dərəcəsini, işlərin həcmini, icra müddətini qiymətləndiririk;

3.Müştəriyə hesabatın təqdim edilməsi ilə göstərilən müddətdə işi icra edirik;

4.Müştəriyə görülən işə dair hesabat və hüquqi auditin nəticələrini təqdim edirik.

Generasiya: 1719750892.379 san. və 27 verilənlər bazasına müraciət 0.009 san.