Əqdlərin hüquqi müşayiəti

Baxışların sayı - 8037

“Alibi Peşəkar Hüquq və Konslatinq Xidmətləri” MMC-nin  peşəkar hüquqşünasları müvafiq konsultasiyaların keçirilməsi, sənədlərin hazırlanması və toplanılması, obyektin daşınmaz əmlak olduğu təqdirdə onun sənədlərinin qanuna uyğun olub olamamsının yoxlanılması daxil olmaqla əqdlərin tam hüquqi müşayiətini həyata keçirir.

Bu xidmətə daxildir:

  • Müştərilər tərəfindən təqdim edilən sənədlərin ekspertizası;
  • Fəaliyyət qabiliyyətinin olub olmamasına dair əqd iştirakçılarının yoxlanması;
  • Sənədlərin müxtəlif instansiyalardan keçməsinə nəzarət;
  • Şirkətin əməkdaşları tərəfindən aşkar olunan pozuntu və uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi;
  • Zəruri sənədlərin (müqavilə, protokol, akt, etibarnamələrin) hazırlanması;
  • Zəruri sənədlərin müxtəlif instansiyalara təqdim edilməsi;
  • Daşınmaz əmlakın əldə edilməsinin qanuniliyi baxımından hüquqi ekspertizanın aparılması;
  • Konsultasiyaların aparılması və sənədlərin rəsmiləşdirilməsi və ya ekspertizanın aparılması nəticəsində aşkar olunmuş pozuntuların aradan qalıdırılması;
  • Əqdin bağlanılması zamanı qarşıya çıxan maneələrin və potensial problemlər haqqında məlumatlandırmanın həyata keçirilməsi;
  • Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının həyata keçirilməsi.
Generasiya: 1719751680.548 san. və 28 verilənlər bazasına müraciət 0.01 san.