Sahibkarlıq fəaliyyətinin kompleks hüquqi müşayiəti

Baxışların sayı - 8027

Sahibkarlıq fəaliyyətinin kopmpleks hüquqi müşayiəti şirkətin və ya müəssisənin hüquqi fəaliyyətinin bütövlükdə tənzimlənməsindən ibarət olan xidmətləri nəzərdə tutur.

Şirkətimizin hüquqşünasları böyük təcrübəyə və yüksək səviyyədə peşəkarlığa malikdirlər və təşkilatınızın inkişafının istənilən mərhələsində düzgün hüquqi tənzimlənməni həyata keçirirlər.

Bu xidmətlərə daxildir:

  • Şirkətin hüquq və maraqlarını müdafiə etmək üçün cari fəaliyyətinə dair məsələlərlə bağlı şifahi və ya yazılı konsultasiyalar;
  • İnformasiya təminatı (qüvvəyə minmiş qanunvericilik aktları barədə məlumatların verilməsi);
  • Bütün növ əqdlərin tərtib edilməsi, həmçinin onların hüquqi ekspertizası;
  • Kontraqentlə danışıqların aparılmasında iştirak;
  • Kontraqentin hüquq qabiliyyətinin yoxlanılması;
  • Əqdlərin bağlanılması zamanı hüquqi risklərin qiymətləndirilməsi;
  • Əqdlərin icra olunmasına nəzarətin həyata keçirilməsi;
  • Təşkilatın daxili normativ sənədlərinin işlənib hazırlanması və tərtib edilməsi;
  • Təsis sənədlərində dəyişikliklərin edilməsi və dövlət qeydiyyatına alınması;
  • Nəzarət və məhkəmə orqanlarında şirkətin maraqlarının təmsil edilməsi;
  • Patentlərin, icazələrin, lisenziyaların alınması, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və s. prosedur işlər;
  • Hüquqi sənədlərin tərtib edilməsi (iddialar, iddia ərizələri, vəsatətlər);
  • Borcların qaytarılmasında köməklik;
  • Icra işləri üzərində nəzarətin həyata keçirilməsi.

Kompleks hüquqi müşayiətin üstünlükləri:

  • Şirkətin zəmanətli hüquqi xidmətlərlə təmin edilməsi;
  • Kompleks hüquqi xidmətə dair müqavilənin bağlanmasından sonra biz şirkətin kommersiya sirrinin qorunub saxlanılmasına dair məsuliyyəti öz üzərimizə götürürük.

Kompleks hüquqi xidməti necə əldə olunmalıdır:

  • Səmərəli hüquqi xidmətlərini seçmək;
  • Şirkətimizlə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalamaq;
  • Təşkilatınızın  fəaliyyətinizin hüquqi tənzimləməsini təcrübəli hüquqşünasa həvalə etmək.
Generasiya: 1719750360.799 san. və 27 verilənlər bazasına müraciət 0.009 san.