Əmək mübahisələri

Baxışların sayı - 3667

Hər bir müəssisənin daxilində mövcud olan əmək münasibətləri, nizam-intizamın şəraiti və bir sıra əlaqəli məsələlər əmək hüququ və əmək qanunvericiliyinin nomaları ilə tənzimlənir. Təcrübə onu göstərir ki, “xırda” kadr problemi böyük, şirkətin rəhbərliyi səviyyəsində müzakirə olunan problemə çevrilə bilər. Bunun qarşısının alınması üçün istənilən şirkət kadr planlaşdırılması işini apararkən onun hüquqi təminatını da düşünməlidir. Belə ki, konkret işçi işə götürülərkən, işdən azad edilərkən və yaxud da başqa işə keçirilərkən aidiyyəti olan əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Əks təqdirdə, bu müvafiq dövlət orqanları tərəfindən keçirilən yoxlama zamanı və yaxud da gələcəkdə mübahisənin məhkəmə araşdırılması prosesində öz mənfi təsirini göstərə bilər.

Bizim şirkət müəssisənin cari kadr sənədləşdirməsinin hüquqi təhlilini apararaq əmək münasibətlərində mövcud qüsurları aşkar etməkdə, onları aradan qaldırılmaqda və profilaktikasında Sizə hərtərəfli hüquqi yardım edə bilər.

Bundan başqa biz müəssisənin fəaliyyətini əmək qanunvericiliyi nöqteyi-nəzərindən tənzimlənməsi sahəsində mütəmadi olaraq təyinatlı təlimləri (treninqləri) təşkil edirik.

Generasiya: 1719754350.365 san. və 27 verilənlər bazasına müraciət 0.01 san.