Məhkəmədə nümayəndəlik/ icra işləri

Baxışların sayı - 8503

Hüquq müdafiəsi baxımından ən təminatlı şirkətlər də bəzən elə vəziyyətlərə düşür kı, məhkəməyə müraciət etmək məcburiyyətinə qalırlar. Bunun səbəbləri müxtəlif ola bilər Amma təcrübə elə göstərir ki, ən çox buna doğru müqavilə üzrə kontragentlərin üzərində olan öhdəliklərinin icra etməməsi və lazımınca icra etməməsi gətirib çıxarır.

Məhkəmədə layiqincə təmsil edilmək üçün özünə hörmət edən sahibkar peşəkar hüquqşünaslara və ya hüquq şirkətlərinə müraciət edir. Çünki sağlam düşüncəyə malik hər bir insan anlayır ki, xəstəliyə tutulanda məsləhətli həkimə, xarab olmuş şəxsi avtomobilini tanıdığı ustaya, apardığı bizneslə bağlı olan məhkəmə işinə görə peşəkar hüquqşünasa müraciət etməlidir. Bizim şirkət mənafelərinizi Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında yüksək səviyyədə təmsil etməyə qadirdir.

O cümlədən, məhkəmə mərhələsindən sonra başlayan icra mərhələsində də şirkətimiz Sizə hərtərəfli hüquq dəstəyini təqdim etməyə həmişə hazırdır.

Nümayəndəlik işdə iştirak edən tərəfin, həmçinin üçüncü şəxslərin, iddiaçının və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı prosessual fəaliyyətdir. Nümayəndəniin səlahiyətləri qanuna uyğun olaraq verilən və tərtib edilən etibarnamə ilə təsdiq olunur.

Biz aşağıdakı mərhələlərdə nümayəndəliyi həyata keçiririk:

  • Rayon məhkəmələrində;
  • İnzibati-iqtisad məhkəmələrində;
  • Mübahisələrin məhkəməyə qədər həllini təmin edirik;
  • İnzibati icraat;
  • Barışıq sazişi;
  • Kasassiya, apellyasiya şikayətləri.

Məhkəmədə nümayəndəlik aşağıdakı məsələlər üzrə həyata keçirilir:

  • Sahibkarlıq və ya digər iqtisadi fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisələrin həlli;
  • İstehlakçıların hüquqlarının müdafiəsi işləri;
  • Torpaq mübahisələri;
  • Mənzil və əmlak mübahisələri;
  • Əmək mübahisələri;
  • Əqli mülkiyyətin müdafiəsi işlərində;
  • İnzibati xətalardan irəli gələn işlərdə.

Məhkəmədə nümayəndəlik bir neçə mərhələdən ibarətdir:

1.İşlə bağlı vəziyyətin və sənədlərin təhlili, işin perspektivliyinin qiymətləndirilməsi.

2.İşin aparılması strategiyasının hazırlanması.

3.İddia ərizəsinin hazırlanması, məhkəmə üçün digər lazımı sənədlərin hazırlanması.

4.Məhkəmə iclaslarında iştirak, məhkəmədə işin tam müşayiəti.

5.Lazımi halda məhkəmə aktlarından şikayətlərin verilməsi.

6.İcranın həyata keçirilməsi üzərində nəzarət.

Generasiya: 1719750110.321 san. və 27 verilənlər bazasına müraciət 0.01 san.