Hüquqi şəxslərin dövlət qeydiyyatı

Baxışların sayı - 4639

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması prosesi ilk baxışdan asan görünə bilər.  Lakin əslində hüquqi şəxslərin dövlət qeydiyyatına alınması elə bir prosesdir ki, biznesin gələcək taleyi onun düzgün aparılmasından asılıdır. Təsis sənədlərindəki səhvlər və ya əhəmiyyətli qeydiyyat proseduru pozuntuları nəticədə baha başa gələ bilər. Məhz buna görə də şirkətlərin dövlət qeydiyyatınaa alınması prosesin hüquqi əsaslarını yaxşı bilən və bütün formal prosedurun keçirilməsi üçün optimal şərtləri təmin etməyə qabil olan peşəkar hüquqşünasa həvalə olınmalıdır. Peşəkarların cəlb edilməsi yolu ilə hüquqi şəxslərin dövlət qeydiyyatına alınması düzgün formada, asan və operativ həyata keçirilir.

“Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri” MMC-nin hüquqşünasları uzun müddətdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması sahəsində fəaliyyət göstərirlər və hüquqi şəxslərin təsis edilməsi ilə yanaşı qeydə alınmış faktların sonrakı dəyişiklikliyinin qeydiyyata alınmasını müşayiət edirlər. Hüquqi şəxsin dövlət qeydiyyatı ilə əlaqədar yaxşı təşkil olunmuş iş Sizin istənilən təşkilati–hüquqi formaya malik şirkətinizin ən qısa müddətdə qeydiyyata alınmasına imkan verir.

Şirkətinizin fəaliyyəti prosesində iştirakçıların tərkibinin dəyişdirilməsi, nizamnamə kapitalının artırılması və ya azaldılması, faktiki və ya hüquqi ünvanın, təşkilati – hüquqi formasının, icra orqanlarının dəyişdirilməsi, həmçinin digər növ dəyişikliklərin aparılması zərurəti meydana çıxa bilər.

Bu və ya istənilən digər qeydə alınmış faktların sonrakı dəyişikliklərin qeydiyyata alınmasında bizim hüquqşünaslar Sizə məmnuniyyətlə yardım edə bilərlər.

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması xidmətlərinə daxildir:

  • Peşəkar konsultasiyaların verilməsi, hüquqi şəxslərə təşkilati – hüquqi formanın seçilməsində yardım göstərilməsi;
  • Bütün zəruri sənədlərin hazırlanması və lazımi qaydada rəsmiləşdirməsi;
  • Dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi;
  • Müvafiq orqanda dövlət qeydiyyatına alınması;
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamənin və KHŞDR çıxarışın alınması;
  • Möhürün hazırlanması;
  • Bank hesabının açılması.
Generasiya: 1719752213.636 san. və 27 verilənlər bazasına müraciət 0.01 san.