Əqli mülkiyyət / İT

Baxışların sayı - 3991

Əqli mülkiyyət yaşadığımız dünyanın qeyri-maddi nemətlərdən biridir. Eyni zamanda digər mülkiyyət obyektlərindən fərqli olaraq onun xassələri müvafiq hüquqi mühafizə rejimini tələb edirlər. Əminliklə söyləyə bilərik ki, biz Sizə bu cür etibarlı rejimi təmin etmək iqtidarındayıq. Müəllif hüquqlarının qorunması, müxtəlif patentlərin alınması, profil müqavilələrin tərtibi, mənafelərinizin məhkəmə qaydasında müdafiəsi və s. Bu bizim Sizə təqdim edilə biləcək xidmətlərimizin qısa bir xülasəsidir.

Hazırkı reallığı infomasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu demək olar ki, həyatımızın ən sürətlə inkişaf edən cəhətlərdən biridir. Belə bir dinamik inkişaf müvafiq hüquq tənzimlənməsini tələb edir. Yalnız yenilikləri xoş qəbul edən və digərlərindən öz çevikliyi ilə seçilən hüquqşünaslar Sizə bu sahədə lazımi peşəkar hüquqi yardım göstərə bilərlər.

  • Patentləşdirmə, Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsində təmsilçilik;
  • Kontrafakt məhsullarının yayılması ilə mübarizə sahəsində işlər;
  • Əmtəə və xidmət nişanları ilə bağlı mübahisələr;
  • Patent mübahisələr;
  • Domen adlarına olan hüquqlarla bağlı mübahisələr;
  • Müəllif və əlaqəli hüquqlarının mühafizəsi (o cümlədən, İnternetdə və kinosənayesində);
  • Kommersiya sirri və konfidensial informasiyanın mühafizəsi ilə bağlı mübahisələr;
  • Əqli mülkiyyət obyektlərinin yaradılması və ya istifadəsinə dair müqavilələrdən irəli gələn mübahisələr (lisenziya, françayzinq, müəllif)
  • Reklam qanunvericiliyinin pozulmasından irəli gələn mübahisələr;
  • Lisenziya razılaşmaları və əqli mülkiyyət obyektlərinə dair hüquqların güzəşti barədə müqavilələr;
  • Françayzinq müqavilələri;
  • Əqli mülkiyyət obyektlərinin hüquqi auditi, o cümlədən investisiya layihələrinin həyata keçirilməsi məqsədilə;
  • Əqli mülkiyyət obyektlərinin istifadəsinə dair əqdlər üzrə vergi konsuıtasiyalar;
  • İnternet vasitəsilə biznesin aparılması məsələləri üzrə konsultasiyalar (elektron sahibkarlıq);
  • Reklam haqqında qanunvericiliyinin tətbiq edilməsinə dair konsultasiyalar (o cümlədən, İnternet şəbəkəsində və malların marklaşdırılmasında).
Generasiya: 1719751979.546 san. və 27 verilənlər bazasına müraciət 0.01 san.