Hüquqşunaslarımız

Baxışların sayı - 5085

Şirkətimizin əməkdaşları yerli və beynəlxalq hüquq sahələrində ixtisaslaşan, dövlət strukturlarında və tədris işində böyük təcrübəyə malikdirlər.

Şirkətimizdə tanınmış hüquq məktəblərində, o cümlədən xarici ölkələrin təhsil müəssisələrində təhsil almış və ölkəmizin aparıcı şirkətlərində geniş təcrübə əldə etmiş peşəkar vəkillər və hüquqşünaslar fəaliyyət göstərir. Bundan əlavə Şirkətimiz yüksək keyfiyyətli xidmətlər göstərmək məqsədilə korporativ hüquq, vergitutma, mühasibat uçotu, valyutanın tənzimlənməsi məsələləri üzrə bir sıra ekspertlərlə də əməkdaşlıq edir.

Azərbaycan, rus, ingilis, fransız, alman, italyan və türk dilləri Şirkətimizin işlək dilləridir. Şirkətimizin əməkdaşları göstərilən dillərdə konsultasiyaların və danışıqların aparılması, yazışmaların həyata keçirilməsi, sənədlərin hazırlanması üçün zəruri olan bacarıq və səriştəyə malikdirlər.

Generasiya: 1719751057.865 san. və 25 verilənlər bazasına müraciət 0.01 san.