İddia ərizələrinin hazırlanması

Baxışların sayı - 4962

Əgər siz öz hüquq və maraqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına qəlmisizsə, sizə iddia ərizəsi lazım olacaq. Qanunvericilik bu cür sənədlərə müəyyən tələbləri qoyur.

İddia ərizəsində  aşağıdakılar göstərilməlidir:

  • Ərizənin verildiyi məhkəmənin adı;
  • İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
  • İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar;
  • Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
  • Ərizəyə əlavə edilən sənədlərin siyahısı.

İddia ərizəsinə əlavə olunur:

  • Nümayəndənin etibarnaməsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  • İddia tələbinin əsasını təsdiq edən sənədlərin surəti;
  • İddia ərizəsinin surəti.

İddia  ərizəsində mütləq imza çəkmək lazımdır, əks halda onu Sizə geri qaytaracaqlar.

Generasiya: 1719754002.402 san. və 27 verilənlər bazasına müraciət 0.009 san.