"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı “dəyirmi masa”da iştirak edib.

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov 22 Yanvar 2015- ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Vergilər Qəzeti tərəfindən keçirilən Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı dəyirmi masada iştirak edib. Tədbirdə həmçinin Vegilər Nazirliyi, Milli Məclis, İqtisadi İnkişaf Nazirliyi, Sosial Müdafiə Nazirliyi və s. rəsmilər də iştirak ediblər.

“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev Azərbaycanda vergi sistemində atılan uğurlu addımlardan danışıb. O, qəzetlərində dərc edilən materialları keçən illərlə müqayisə edərək bu sahədəki inkişafı vurğulayıb.
Daha sonra çıxış edən Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev Vergilər Nazirliyinin keçdiyi tarixi yola diqqət çəkib: “Vergi sisteminin formalaşması çox uzun bir yol keçib. Əvvəllər vergi inzibatçılığı çox mürəkkəb formada olub. Hətta vergi orqanı əməkdaşları belə müxtəlif çətinliklərlə rastlaşıblar. 1996-cı ildən etibarən vergi sistemində sistemləşdirmə aparılıb. 1999-cu ildən etibarən Ulu Öndər tərəfindən vergi müfəttişliyi və Vergilər Nazirliyi sisteminin struktur dəyişikliyi ilə bağlı olaraq ciddi addımlar atılıb”.
Akif Musayev Vergilər Nazirliyinin yarandığı 15 il müddətində strukturlarda işlərin bir neçə dəfə artdığını, lakin az sayda işçi qüvvəsi ilə keyfiyyətli işi təmin etdiklərini ifadə edib. O vurğulayıb ki, günümüzdə Vergilər Nazirliyinin strukturlarında çalışan işçi sayı MDB ölkələrində bu sahədə vergi ödəyiciləri payına düşən ən az işçi sayıdır. 15 ildir ki, 2500-ə yaxın vergi əməkdaşı nazirliyinin strukturlarında çalışmaqdadır. Baxmayaraq ki, ölkəmizdə 630 mindən çox vergi ödəyicisi var.
Tədbirdə digər çıxış edənlər də Vergilər Nazirliyinin 15 il müddətində əldə etdiyi nailiyyətlərdən, mərkəzdə və regionlarda görülmüş işlərdən danış, mükəmməl bir quruma çevrildiyini qeyd ediblər.

http://azertag.az/xeber/Azerbaycanin_vergi_sistemi_mukemmel_quruma_chevrilib-826752

Yerləşdirən şəxs: alibi Tarix: 23.01.2015 Oxunub: 1662

Oxşar digər xəbərlər

"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudovun da iştirak etdiyi ELSA-İnternational beynəlxalq təşkilatının prezidentlərinin 50-ci beynəlxalq görüşü keçirilib
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ATXƏM tərəfindən “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak edib
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ermənilər tərəfindən girov götürülən həmyerlilərimizin hüquqlarının İHAM-də müdafiəsi ilə bağlı keçirilən konfransın iştirakçısı olmuşdur
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilən görüşə "Alibi" şirkətinin rəhbəri Anar Umudov da dəvət almışdır
Beynəlxalq Konfrans InvestPro - Azerbaijan 2014.
Generasiya: 1720098988.121 san. və 21 verilənlər bazasına müraciət 0.01 san.