Xəbərlər

"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudovun da iştirak etdiyi ELSA-İnternational beynəlxalq təşkilatının prezidentlərinin 50-ci beynəlxalq görüşü keçirilib

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov fevralın 4-də Bakıda dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA-İnternational) beynəlxalq təşkilatının prezidentlərinin 50-ci beynəlxalq görüşündə iştirak etmişdir.

Ətraflı Yerləşdirən şəxs: alibi Tarix: 06.02.2015
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ATXƏM tərəfindən “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak edib

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən 2 Fevral 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak etmişdir.
Konfrans Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutub.

Ətraflı Yerləşdirən şəxs: alibi Tarix: 03.02.2015
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ermənilər tərəfindən girov götürülən həmyerlilərimizin hüquqlarının İHAM-də müdafiəsi ilə bağlı keçirilən konfransın iştirakçısı olmuşdur

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ermənilər tərəfindən girov götürülən həmyerlilərimizin hüquqlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsində müdafiəsi ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü cənab Anar Bağırovun 30 Yanvar 2015- ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) media üçün keçirdiyi geniş mətbuat konfransında iştirak edib.
Tədbirdə həmçinin həmyerlilərimiz Dilqəm Əsgərov , Şahbaz Quliyev və dünyasını dəyişmiş Həsən Həsənovun yaxın qohumları da iştirak ediblər.

Ətraflı Yerləşdirən şəxs: alibi Tarix: 31.01.2015
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı “dəyirmi masa”da iştirak edib.

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov 22 Yanvar 2015- ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Vergilər Qəzeti tərəfindən keçirilən Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı dəyirmi masada iştirak edib. Tədbirdə həmçinin Vegilər Nazirliyi, Milli Məclis, İqtisadi İnkişaf Nazirliyi, Sosial Müdafiə Nazirliyi və s. rəsmilər də iştirak ediblər.

Ətraflı Yerləşdirən şəxs: alibi Tarix: 23.01.2015
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilən görüşə "Alibi" şirkətinin rəhbəri Anar Umudov da dəvət almışdır

title 16 dekabr 2014-cü il tarixində "Master Class" biznes-klubunda paytaxtımızın iş adamlarının növbəti yeni il öncəsi görüşü keçirilmişdir. Görüşə "Alibi" şirkətinin rəhbəri Anar Umudov da dəvət olunmuşdu.

Ətraflı Yerləşdirən şəxs: alibi Tarix: 18.12.2014
Beynəlxalq Konfrans InvestPro - Azerbaijan 2014.

Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri Şirkətinin Partnyoru olan Umudov Anar Bakı şəhərində 2014-cü ilin 15-16 aprel aylarında keçirilən Beynəlxalq Konfrans InvestPro - Azerbaijan 2014 adlı tədbirdə iştirak etmişdir.
Konfrans bu kimi mövzuları əhatə etmişdir: beynəlxalq strukturları qurmaq, beynəlxalq investisiyalar, maliyyələşdirmə, idarə və kapital artımı.
Bu konfransın çərçivəsində - Beynəlxalq bankların, hüquq, investisiya, audit, maliyyə və daşınmaz əmlak şirkətlərin 20-dən çox eksponentləri iştirak etdiyi sərgi keçirilmişdir.

İki günlük formatda keçən Forum beynəlxalq aləmdə korporativ xidmətlər göstərən 20 və daha çox ölkələrdən olan, Avropa Birliyi, MDB və Yaxın Şərq-də daxil olmaqla, 200-dən artıq qabaqcıl şirkətlərlə əlaqələrin qurulmasına şərait yaradır.

Ətraflı Yerləşdirən şəxs: Web Master Tarix: 02.05.2014
29 mart 2014-cü il tarixdə "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-i "Müqavilələrdən irəli qələn öhdəliklərin icrası, öhdəliklərin icra edilməməsi. Məsuliyyət" mövzusunda seminar keçirmişdir.

"Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-nin partnyoru Sergey V. Torqashev 29 mart 2014-ci il tarixində "Müqavilələrdən irəli qələn öhdəliklərin icrası, öhdəliklərin icra edilməməsi. Məsuliyyət" mövzusunda seminar keçirtmişdir.

Seminarda Azərbaycan Respublikasının müxtəlif sahələr üzrə şirkətlərin əməkdaşları iştirak etmişdir. Seminarın mövzusu kommersiya,turizm,otelçilik və neft sektorunda fəaliyyət göstərən əməkdaşların böyük marağına səbəb olmuşdur.

Ətraflı Yerləşdirən şəxs: Web Master Tarix: 02.05.2014
21 fevral 2014-cü il tarixdə "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-i "Miqrasiya qanunvericiliyinin əsasları" mövzusunda seminar keçirmişdir.

"Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-nin partnyoru Samir Abdullayev "Miqrasiya qanunvericiliyinin əsasları" mövzusunda seminar keçirir.

Ətraflı Yerləşdirən şəxs: Web Master Tarix: 01.03.2014
The Economist

Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri Şirkəti dünyaca məşhur olan "The Economist" jurnalının ilk dəfə olaraq Azərbaycanda lokallaşdırılmış versiyasının Azərbaycan Respublikasında yayımlanması üçün icazənin alınmasının hüquqi müşayiətini aparır.

Ətraflı Yerləşdirən şəxs: Admin Tarix: 11.01.2014
21 dekabr 2013-cü il tarixdə Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri Şirkətinin ofisində “Müqavilə hüququ və Praktika” adlı təlim keçirilmişdir.

Təlimi Şirkətin İdarəedici Partnyoru Anar Umudov aparmışdır. Anar Umudov AR Vəkillər Kollegiyasının üzvüdür. O, daha çox daşınmaz əmlak hüququ, korporativ hüquq və müqavilələr sahələrində fəaliyyət göstərir.

Ətraflı Yerləşdirən şəxs: Admin Tarix: 11.01.2014
    Cəmi 12 -ədəd. Səhifələrin sayı 2 , hər səhifədə 10 ədəd olmaqla.
  • 1
  • 2
  •  
Generasiya: 1719919489.378 san. və 19 verilənlər bazasına müraciət 0.006 san.