"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ermənilər tərəfindən girov götürülən həmyerlilərimizin hüquqlarının İHAM-də müdafiəsi ilə bağlı keçirilən konfransın iştirakçısı olmuşdur

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ermənilər tərəfindən girov götürülən həmyerlilərimizin hüquqlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsində müdafiəsi ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü cənab Anar Bağırovun 30 Yanvar 2015- ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) media üçün keçirdiyi geniş mətbuat konfransında iştirak edib.
Tədbirdə həmçinin həmyerlilərimiz Dilqəm Əsgərov , Şahbaz Quliyev və dünyasını dəyişmiş Həsən Həsənovun yaxın qohumları da iştirak ediblər.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində ermənilər tərəfindən əsir götürülmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib.
A.Bağırov bildirib ki, qondarma Dağlıq Qarabağ rejimi tərəfindən qurulan “oyuncaq məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından 7 beynəlxalq təşkilata müraciət göndərilib. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də həmyerlilərimizin azad olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətin edilməsidir. Ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır.
Diqqətə çatdırılıb ki, ərizədə soydaşlarımızın pozulmuş hüquqları göstərilib. Onlara qarşı tətbiq edilən işgəncə faktları, qeyri-insani rəftarı təsdiqləyən fotolar və digər sübutlar da sənədə əlavə olunub. Həmyerlilərimizin 4-5 ay ərzində tanınmayacaq halda arıqlamaları, məhkəməyə gətirilən zaman onlara qeyri-insani rəftarın göstərilməsi, zor tətbiq olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını göstərir.
Bildirilib ki, adətən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunan zaman ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar xeyli vaxt aparır. Bunun qarşısını almaq üçün Avropa Məhkəməsinə müraciət qaydalarının 41-ci maddəsinə uyğun olaraq işə təcili baxılmasının zəruriliyi ərizədə xüsusi qeyd edilib: “Hesab edirəm ki, öz ata-baba yurdlarını, valideynlərinin məzarlarını ziyarət edən insanlara qarşı ermənilər tərəfindən qurulan bu “teatr” sadəcə biabırçılıqdır. Bu “teatr”ı quranlar qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar”.

http://azertag.az/xeber/Ermenilerin_Kelbecerde_girov_goturdukleri_hemyerlilerimizle_bagli_Insan_Huquqlari_uzre_Avropa_Mehkemesine_muraciet_edilib-828715

Yerləşdirən şəxs: alibi Tarix: 31.01.2015 Oxunub: 1735

Oxşar digər xəbərlər

"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudovun da iştirak etdiyi ELSA-İnternational beynəlxalq təşkilatının prezidentlərinin 50-ci beynəlxalq görüşü keçirilib
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ATXƏM tərəfindən “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak edib
"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı “dəyirmi masa”da iştirak edib.
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilən görüşə "Alibi" şirkətinin rəhbəri Anar Umudov da dəvət almışdır
Beynəlxalq Konfrans InvestPro - Azerbaijan 2014.
Generasiya: 1720103057.515 san. və 20 verilənlər bazasına müraciət 0.005 san.